!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrükdə “texnoloji inqilab” GÖZLƏNTİSİ: “Müəyyən məhsulların idxalı yalnız bəzi qrupların...”

!Reklam – Yazi

“İndi aktuallığı xeyli artan rəqəmsal gömrük sistemi çox əhəmiyyətli məsələdir”.

Bu fikirləri gömrük sistemində şəffaflığın artırılması və monopoliya ilə mübarizə imkanlarını dəyərləndirən iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, inhisarçılıq imkanlarından “faydalanan” şəxslər haqsız rəqabət üstünlüyünə malik olurlar:

“Göründüyü qədər, Gömrük Komitəsi bir neçə hədəf müəyyənləşdirib və onların arasında şəffaflığın artırılması, vətəndaş məmnuniyyətinin yüksəldilməsi, rəqəmsal gömrük sisteminin yaradılması kimi istiqamətlər var. Ümumiyyətlə, son vaxtlar gömrük sistemində müəyyən pozitiv addımların atıldığını qeyd edə bilərik.

Bunlardan da biri odur ki, Gömrük Komitəsinin sədri problemlərin mövcudluğunu qəbul edir və şəffaflığın, eləcə də məmnuniyyətin artırılması üçün təkliflər irəli sürür, perspektiv planları açıqlayır. Məsələn, indi aktuallığı xeyli artan rəqəmsal gömrük sistemi çox əhəmiyyətli məsələdir.

Əslində, bu məqam şəffaflığın artırılması istiqamətində ən mühüm addımlardan biri sayılmalıdır. Eyni zamanda, gömrük orqanlarında informasiya sisteminin təkmilləşdirilməsi və monopoliyanın qarşısının alınmasına yönəlik addımlar da vurğulanmalıdır.

Əvvəllər bəzi məhsullar üzərində xüsusi monopoliyalar var idi və onları ölkəyə yalnız müəyyən qruplar idxal edə bilirdi. Bunun nəticəsində inhisarçılıq genişlənir, büdcəyə daxil olacaq vəsaitlər mənimsənilirdi. Həmçinin bu vəziyyətdən “faydalanan” şəxslər haqsız rəqabət üstünlüyünə malik olurdular.

Bu sahədə göstərilən xidmət üzrə məmnuniyyəti azaldan məqamlar gömrük məmuru ilə yaranan mübahisələr hesab edilir. Qeyd etdiyim rəqəmsallaşmaya keçid tam təmin olunsa, şəffaflıq və vətəndaş məmnuniyyəti artar. Texnoloji nailiyyətlərdən geniş istifadə və obyektivliyin artırılması üçün ciddi imkanlar mövcuddur. Onlardan səmərəli istifadə edilməlidir”.

Yusif Səmədzadə

www.yenicag.az

238
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv