!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göndərilən humanitar yardım fələstinlilərin qəzəbinə SƏBƏB OLDU - VİDEO

!Reklam – Yazi

Göndərilən yardımlar fələstinlilərdə təəssüf və qəzəbinə səbəb olub.

Yenicag.az xəbər verir ki, Qəzza hökumətinin mətbuat xidməti göndərilə yardımlar barədə açıqlama verib. Xidmətdən bildirilib ki, bombardmana məruz qalan Qəzza sakinlərinə gələn yardımların əksəriyyəti kəfənlərdən ibarətdir.

“Ürək ağrıdan vəziyyətdir, indiyə qədər məhdud miqdarda gələn yardım maşınlarının əksəriyyəti kəfənlərlə doludur”, – mətbuat xidmətindən verilən məlumatda deyilir.

Fələstinli müxbir istehza ilə Qəzza zolağındakı insanlara dəbdəbəli kəfənlər göndərməkdə səxavət göstərdikləri üçün ərəb hökmdarlarına təşəkkür edib:

“Görün, nə gözəl kəfənlərdir, yeni və pambıqdan, xalqı kəfənə bükmək üçün çoxlu təzə növ kəfən göndəriblər, sağ olsunlar”.

Xuraman Etibarlı

www.yenicag.az

328
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv