!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Google yaşayış məntəqələrinin erməni dilindəki adlarını sildi

!Reklam – Yazi

Google internet resursu Azərbaycan xəritəsini redaktə edərək, Qarabağ İqtisadi Rayonunun ərazisindəki bütün erməni adlarını silib.

Yenicag.az xəbər verir ki, buna qədər Google iki adı: erməni (Stepanakert, Martuni, Mardakert…) və Azərbaycan (Xankəndi, Xocavənd, Ağdərə) variantlarını birlikdə göstərirdi. Azərbaycanlı istifadəçilərin və ictimai təşkilatların çoxsaylı etirazlarına baxmayaraq, Google-da yaşayış məntəqələrinin ikili adları qalırdı. İndi toponimlər Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, yalnız Azərbaycan variantında verilib.

Əlavə edək ki, Azərbaycan ordusunun həyata keçirdiyi antiterror əməliyyatı (19-20 sentyabr 2023-cü il) nəticəsində 28 sentyabr 2023-cü il tarixində Qarabağda separatçı rejim buraxıldığını elan edib. Erməni əhali bölgəni tərk edir.

www.yenicag.az

146
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv