!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Görüşdən sonra Blinkendən ilk açıqlama

!Reklam – Yazi

“Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişinin əldə edilməsi, eləcə də ölkələr arasında münasibətlərin inkişafına kömək edə biləcək bir sıra digər mühüm məsələlərin həlli istiqamətində davam etdirilən vacib və gərgin işə görə minnətdarlığımı bildirirəm”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Entoni Blinken bəyan edib.

“Bir az sonra yayımlanacaq bir bəyanatda bildirildiyi kimi, bölgədə sülhün əldə olunması istiqamətində daha da irəliləyirik. Bu ortaq məqsədə uyğun olaraq bəzi əlavə maddələrin razılaşmaya daxil edilməsi, eləcə də digər həll edilməmiş məsələlər üzrə mövqelərin dərinləşdirilməsi istiqamətində danışıqlar davam edir. Yekun razılığa gəlmək üçün danışıqlar davam edəcək. Qarşıdakı həftələr və aylar ərzində ümumi və yekun razılığa gəlinməsi nəzərdə tutulub”- deyə o bildirib./Report/

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv