!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göyçayda 15-ci Nar Festivalı keçirildi - FOTOLAR

!Reklam – Yazi

Göyçayda 15-ci Nar Festivalı keçirildi.

Yenicag.az xəbər verir ki, festival Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra açıq elan edilib.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində dövlət və hökumət nümayəndələri iştirak edib. Rayonun 25-dən artıq kəndində narçılıqla məşğul olan insanların yetişdirdiyi məhsullardan hazırlanmış məhsulların sərgisinə baxış keçirilib.

Festivalda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək qonaqları salamlayıb.

 

N.Ağayev bildirib ki, bu il festival digərlərindən fərqlənir: “Dörd illik fasilədən sonra keçirilən 15-ci “Nar Festivalı”-da hər birinizi xoş gördük. Bu festival digərlərindən daha fərqlidir. Çünki 2023-cü il Azərbaycan tarixi üçün çox əlamətdardır.

Bu il böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ümummilli Lider Heydər Əliyev ilidir. Həmçinin, bu il, ilk dəfədir ki, “Nar Festivalı” Azərbaycan xalqının tarixi qələbəsindən, böyük zəfərindən sonra qalib Azərbaycanda keçirilir”.

İcra hakimiyyətinin başçısı vurğulayıb ki, “Nar festivalı”-nın Göyçayda keçirilməsini heç də təsadüfi deyil. Tarixi qaynaqlara əsaslanan tədqiqatçılar Azərbaycanın əksər bölgələrində narçılığın, meyvəçiliyin inkişafını göstərib.

Daha sonra Kənd Təsərrüfat Nazirliyinin rəsmisi Anar Cəfərov çıxış edərək festivalın əhəmiyyətindən danışıb:

“2006-cı ildən baş tutan festivalın bu il yubileyidir. Öncə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov adından bütün qonaqları salamlayıram və uğurlar arzu edirəm. Qeyd etmək istəyirəm ki, Kənd Təsərrüfat Nazirliyi mütəmadi olaraq bölgələrdə kənd təsərrüfatının aqrar, innovativ əsaslarla inkişaf etməsi məqsədi ilə mütəmadi olaraq innovasiya festivalları təşkil edir. Həmçinin, bu kimi festivallar Azərbaycanda becərilən, yetişən müxtəlif meyvələrin, bitkilərin və kənd təsərrüfatının digər sahələrinin təbliği baxımından çox önəmli və əhəmiyyətlidir”.

O bildirib ki, bu kimi tədbirlər həm ölkəmizdə, həm də xaricdə uğurla davam etdirilir.

Bayram şənliyində sərgilər, kompozisiyalar, folklor nümunələri nümayiş etdirilib.

Festivalda milli-mənəvi dəyərlərimizi, tarixi keçmişimizi, Şərq ədəbiyyat nümunələrini təbliğ edən nəşrlərlə yanaşı, narçılığın inkişafından, tibb-sosial fəlsəfəsindən bəhs edən kitablar da yer alıb.

Festivalda, həmçinin məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş olunub, göyçaylı qadınlar ifasında folklor nümunələri səsləndirilib.

Bildirilib ki, son üç ildə Göyçay rayonunda 3308 hektardan artıq yeni nar bağı salınıb, yeni istehsal müəssisələri fəaliyyətə başlayıb. Ötən il Göyçayda 50 min tondan artıq nar tədarük olunub.

Festival ölkəmizin tanınmış müğənnilərinin konsert proqramı ilə sona çatıb. Sonda atəşfəşanlıq olub.

Məlumat üçün bildirək ki, Nar bayramı sabah da davam edəcək.

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv