!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göyçayda pirotexniki vasitələrin satışının qarşısı alındı

!Reklam – Yazi

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Çərəkə və Kürd kəndlərində yerləşən mağazalarda gizli şəkildə pirotexniki vasitələr satan şəxslər müəyyən olunub.

Polis əməkdaşları tərəfindən həmin mağazalardan pirotexniki vasitələr aşkarlanaraq götürülüb və şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

www.yenicag.az

148
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv