!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göydən başımıza yağan ZİBİL: Sakinlər bundan necə çəkindirilməlidirlər? - ŞƏRH

!Reklam – Yazi

Paytaxt və eləcə də digər regionlarda hündürmərtəbəli binalarda yaşayan sakinlər məişət tullantılarını zibil qutularına atmaqdansa, yaşadıqları mənzilin pəncərə və ya balkonundan küçəyə atmağa üstünlük verirlər. Bu da gigyenik təhlükəsizliklə birlikdə, mədəni səviyyə məsələsini gündəmə gətirir.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, belə halların qarşısını almaq üçün cəza tədbirləri gücləndirilməlidir.Sosioloqun sözlərinə görə, problemin həllində maarifləndirmə artıq nəticəliliyini itirib:

“İstisnasız olaraq, demək olar, bütün binalarda belə problemlərlə tez-tez qarşılaşıram. Bu bir növ mədəniyyət, əxlaq məsələsidir. İnsanların çoxu tənbəlləşib, həyətə düşüb yaxınlıqda olan zibil qablarına zibil atmaqdansa, balkondan aşağı tullamağa üstünlük verir.

Sözügedən problemin aradan qaldırılması artıq maarifləndirməklə, nəsə izah etməklə mümkün deyil. Yalnız və yalnız sərt inzibati təbdirlər görülməlidir. İnkişaf etmiş ölkələrdə – ABŞ, Avropa, Rusiyada olduğu kimi, bizdə də İnzibati Xətalar Məcəlləsində cəzalar sərtləşdirilməli, ağır cərimələr müəyyən olunmalıdır. Sakinlər belə halla qarşılaşdıqda polisə məlumat verib həmin şəxsin cəzalandırmasına nail olmalıdırlar. Qonşular görmürsə, kameralar çəkməlidir. Bu, yeganə çəkindirici vasitə ola bilər.

İnsanlar əvvəl-axır mədəniləşməlidirlər. Şəhərin, yaşadığı yerin təmizliyinə, ekologiyasına fikir verməlidirlər. Əgər qaydalar sadaladığım kimi sərtləşdirilsə, heç kimin risk edib zibilini qutudan başqa yerə tullamayacağına əminəm. Biz mədəniyyətsiz toplum olmamalıyıq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv