!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İçki pulu vermədiyi üçün anasını bıçaqladı - Azərbaycanda

!Reklam – Yazi

Göygöl şəhərində anasını bıçaqlayan şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Əsgərov Rauf Məhərrəm oğlu Göygöl rayon Polis şöbəsinə aparılıb.

Məlum olub ki, sözügedən qadın bir neçə il əvvəl həyat yoldaşı tərəfindən də bıçaqlanıb. O, həmin vaxt Göygöl rayon xəstəxanasında müalicə olunub. Bu dəfə isə qadını böyük oğlu bıçaqlayıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qadının iki oğlu var və onların hər ikisi spirtli içki aludəçisidir. Ailə başçısı rəhmətə getdikdən sonra onların dolanışıqlarında çətinliklər yaranıb və qadının hadisəni törədən oğlu da tez-tez anasından içki içmək üçün pul istəyirmiş. Bütün bunlardan təngə gələn ana növbəti belə bir hal yaşanan zaman oğlundan içkini tərgitməsini, hər dəfə ona verəcək pulunun olmadığını deyib. Lakin sərxoş halda olan oğul əsəbi şəkildə bıçağa əl ataraq onu vurub.

Hazırda Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsində əməliyyat olunan qadının vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv