!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Göylə gedən" taksilər - Qarlı hava qiymətləri "uçurdu"

!Reklam – Yazi

“Problemin qarşısını almaq üçün sivil dünyadakı kimi taksometrlər tətbiq olunmalıdır”.

Bu sözləri mövcud qarlı hava şəraiti ilə əlaqədar olaraq taksi şirkətlərinin gedişhaqqını 3-4 qat artırmasına münasibət bildirən nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, taksi şirkətlərinin fəaliyyətində taksometrlərin tətbiq olunmaması sərnişinlərlə yanaşı, sürücülər üçün də çətinlik yaradır:

“Ümumiyyətlə Azərbaycanda taksi xidmətində müəyyən boşluqlar var. Ölkədə taksi xidmətində taksometrlər tətbiq olunmur. Taksometr tətbiq olunmayan ölkələrdə özəl şirkətlər müstəsna qərarlar verə bilirlər. Taksometr elə bir cihazdır ki, müştəri öncədən bəlli məbləğlə yüklənir. Əgər taksometr tətbiq olunarsa, sürücü pik saatlarda və ya qarlı günlərdə yollarda qaldığı müddətə görə müştəridən əlavə ödəniş ala bilər. Lakin indiki məqamda taksi şirkətləri pik saatlarda və qarlı-şaxtalı havalarda istədiyi məbləği təyin edir. Yaxşı olardı ki, böyük məbləğlər təyin olunmasın və istehlakçıların hüququ qorunsun. Taksi şirkətləri sui-istifadə hallarına yol verməməlidir. Bu xidmət sektoru elə tənzimlənməlidir ki, sərnişinlər çox yüklənməsin və sürücülərin hüquqları da nəzərə alınsın. Problemin qarşısını almaq üçün sivil dünyadakı kimi taksometrlər tətbiq olunmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv