!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göz önündəki qara nöqtələr nə qədər qorxuludur? – Tanınmış oftalmoloqdan açıqlama

!Reklam – Yazi

 

Göz insan vücudunun ən vacib orqanıdır. Gözlə bağlı problemlərə ciddi yanaşmaq, vaxtında həkimə müraciət etmək lazımdır.

Hətta göz önündə qara nöqtələr olanda belə… Bəs görəsən, bu, nə qədər qorxuludur? Tanınmış oftalmoloq-cərrah, “Miopiya və Lazer Mərkəzi”nin rəhbəri Günay Əliyeva suallarımızı çox maraqlı cavablandırdı:
“Çox təəssüf ki, biz gözümüzün önündə olan qara nöqtələrdən istədiyimiz vaxt xilas ola bilmirik. Bir də görürsüz cavan insanlar da bu problemlə bağlı müraciət edirlər. Bu, nədir? Demək, şüşəyə bənzər cism olan göz almasının arxa hissəsində gelə oxşayan bir ağ maye var. Zamanla, ya da göz zəifliyi varsa, daha erkən yaşda orada tündləşmələr baş verir. Və onlar hərəkət etdikcə, gözün ağına batdır və görünməyə başlayır. Bəzən cavan insanlar da bundan şikayət edirlər. Əla görməsi var, amma bu qara nöqtələri görür. Deyirik ki, buna öyrəşməyə çalışın. Katarakta zamanı bu, necə üzə çıxır? Demək, əməliyyatdan öncə pasiyentin gözündə “mirvari suyu” olduğundan o, bunu görmür. Əməliyyatdan sonra isə linza qoyulur, göz şəffaflaşır və pasiyent qara nöqtələri görməyə başlayır. Biz ona izah edirik ki, sizin problemi aradan qaldırdıq, ona görə o qara nöqtələri görməyə başladınız. Bu da o deməkdir ki, sizin görməniz yaxşılaşıb. Hətta pasiyentlərə deyirəm ki, belə qara nöqtələr mənim də gözümdə var. Və zamanla bu, çoxala bilər. Necə ki, insan yaşa dolanda saçları ağarır, gözdə də eynən fizioloji qocalma prosesi baş verir. Əsas onu diqqətə çatdırmaq istəyirəm ki, əgər insanların gözləri önündə qara kölgələr və ləkələr əmələ gəlirsə, bu artıq torlu qişa problemindən xəbər verir. Qığılcımlar da varsa, mütləq həkimə müraciət edin. Çünki bu kimi əlamətlər gözün torlu qişasında süzülmələrə aparıb çıxara bilər. Bu halda mütləq göz dibi ilə məşğul olan oftalmoloqa müraciət etsinlər. Biz hətta belə problemi olan 9 yaşlı uşağa lazerlə bərkitmə edə bilirik. Çünki o dəlik qopmalara, korluğa qədər aparıb çıxara bilər. Amma qara nöqtələr varsa, şükür etmək lazımdır; 85 yaşlı insanın gözündə qara nöqtələr varsa, o, buna ancaq sevinməlidir. Demək, görməsində elə də ciddi problem yoxdur.

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv