!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göz rəngləri xasiyyətimiz haqqında nə deyir? - ARAŞDIRMA

!Reklam – Yazi

Göz rənglərinin insanın xasiyyətindən xəbər verməsilə bağlı inanc var. Belə ki, hər göz rənginə uyğun spesifik özəlliklər var. Necə ki, bürclər barədə fikir formalaşıb, göz rəngləri ilə bağlı da eyni yanaşma mövcuddur.

Bəs göz rənglərinə əsasən bir insanın xarakterini necə anlamaq olar? Bu məsələ həqiqətdir, yoxsa xurafat?

İsveçdəki Orebro Universitetinin professorları bu barədə araşdırmalar edib. Tam olaraq 428 ədəd fərqli eksperimentlərdən sonra ortaya qəribə məlumatlar çıxıb.

Yenicag.az hər göz rənginə xas olan özəllikləri təqdim edir:

Tünd qəhvə və qaraya yaxın göz rənginə malik olan şəxslər anadangəlmə liderlik özəlliklərinə sahib olur. Onlar çox kəskin və ani qərar verə bilərlər. Eyni zamanda bu göz rəngini daşıyan insanlar idmana daha həvəsli olur.

Mavi gözlü insanlar əsla qərarsız olmur. Ən çətin situasiyalarda belə dərhal qərar verirlər. Eqoistlik daha çox mavi gözlülərdə rast gəlinir. Həmçinin araşdırmalara görə, mavi gözlü insanlar ağrıya digərlərindən daha dözümlü olur.

Çox nadir olaraq rastlanan boz rəngli gözlərə malik insanlar sirli olur. Cəmiyyət içində olmağı sevmirlər. Adətən fərqli xarakterlərə bürünürlər.

Açıq qəhvə rəngi gözlərə malik insanlar daha dostcanlı və istiqanlı olurlar. Həmçinin digərlərinə qarşı çox səmimi və mədəni davrandıqları da məlumatlar arasındadır. Tək problemləri odur ki, daima yuxu problemləri yaşayırlar.

Yaşıl gözlü insanlar cazibədarlığı ilə tanınır. Bu göz rənginə mənsub insanlar bir qrup içində daimə diqqət mərkəzində olur. Eyni zamanda insanlar üzərində liderlik etmə bacarıqları üstündür.

Qeyd edilir ki, illərdir edilən araşdırmalar göz rənglərinin həqiqətən də xarakterdən xəbər verdiyini göstərir.

Şahanə Paşa

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv