!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Göz yaşı" içində pul dilənən fırıldaqçı dəstə İFŞA EDİLDİ - Saxlanılanlar var - VİDEO

!Reklam – Yazi

Rusiyada insanlardan gediş haqqı üçün pul istəyən bir fırıldaqçı dəstə tutulub.

Yenicag.az xəbər verir ki, bu barədə Moskva polisinin mətbuat xidməti məlumat yayıb. Moskvada insanlardan gediş haqqı dilənən fırıldaqçı dəstə ifşa edilib.

Qadın fırıldaqçılar daima göz yaşı içində insanlara yaxınlaşırdılar. Bunun üçün onlar gözlərinə maz sürtürdülər.

Kişilər isə bütün bunları uzaqdan izləyirdilər ki, hər şey insidentsiz başa çatsın. Qadınlar 24 saat ərzində 20-yə qədər insanı aldada bilirdilər.

Fırıldaqçılardan biri 9 ildir ki, bu işlə məşğul olduğunu bildirib.

Xeyirxah insanlar fırıldaqçıların kartlarına 3 min rubldan 6 min rubla (təxm. 55 man. – 110 man.) qədər pul göndərirdilər.

Fırıldaqçılar gündə 100-120 min rubl (təxm. 1800 – 2200 man.) qazanırdılar. Polis cinayət işi açıb. Dörd nəfər həbs edilib, daha üç nəfərə isə heç bir yerə getməmək barədə vəsatət verilib.

Xuraman Etibarlı

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv