!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gözəlliyin “İnkubator effekti”: Plastik əməliyyat etirafı niyə “qorxuducudur?” – Cəvahir Nehru yazır

!Reklam – Yazi

Televizora baxıram, verilişdə iki qadın aktrisa oturub, nə qədər edirəm yadıma sala bilmirəm ki, bunlar kimdir? İkisi də elə bil, bir almanın yarısıdır. Eyni burun, eyni dodaq, eyni yanaq, eyni qaş-göz…

Öz-özümə hövllənirəm ki, ay Allah, yəni mənim yaddaşım bu qədərmi zəifləyib, bu iki xanımı tanımaqda çətinlik çəkirəm? Ya bunlar özlərini o qədər “yığdırıblar”, 180 dərəcə dəyişiblər ki, kim olduqlarını ayırd edə bilmirəm. Nəhayət, aparıcının qonaqlarına müraciətindən sonra bildim ki, bu sənətçilər kimdir.

Əlbəttə, hər qadın gözəl görünmək, görünüşü ilə göz oxşamaq, diqqəti cəlb etmək istəyər. Xüsusilə də səhnədə olan xanımın belə bir istəkdə bulunması anlaşılandı. Dəyişmək, gözəlləşmək yaxşı şeydir, amma əndazəni aşmaq, bir-birinə bu qədər də bənzəmək kənardan heç də xoş qarşılanmır.

Hansısa həkimin “əl işi” olan bu sənətçilər sanki eyni inkubatordan çıxıblar. Amma dindirsən, hamısı tutuquşu kimi eyni sözü təkrarlayacaq: “Bədənimdə, üzümdə heç bir plastik, estetik əməliyyat etdirməmişəm, nəyim var, özümündür. Təbii gözələm…”

Hələ bir utanmaz-utanmaz operatoru da yanına çağırır ki, gəlin yaxından çəkin, görün üzümdə, bədənimlə estetik var ya yoxdur? Bu sözləri gənclik illərindən efirlərdə olan, arxiv görüntüləri tez-tez yayımlanan müğənnilərdən eşidəndə, nənəm demişkən, əlim üzümdə qalır…

İlbəil dəyişib gəncləşən Təranə Qumral “təbii gözələm”, Könül Kərimova “nəyim var, özümündür” deyib üzə duranda, ürəyimdən bir fikir keçir, görəsən, bunları tamaşaçının gözünün içinə baxa-baxa yalan danışmağa nə vadar edir? Düzünü demək istəmirsənsə, sadəcə sus. Yalançı kimi özünü də, sənətini də hörmətdən salma. Camaat görmür ki, sən Rixter şkalası ilə neçə “bal” dəyişmisən? Ya insanları kormu sayırsan?

Hələ bunlar toya getməlidirlər e… 80 dəfə bıçaq altına düşüb-qalxan Xalq artistləri var ki efirdə plastik əməliyyat etdirən həmkarına “Mən çox qorxuram əməliyyatdan, yoxsa etdirərdim”, – deyir. Statusu ondan aşağı olan müğənninin “dux”u çatmır ona desin ki, plastik əməliyyatın təməlini qoyanlardan birincisi elə sən özünsən.

Sözümün canı budur ki, gözəlləşin, amma insanların gözünün içinə baxa-baxa yalan danışıb, çirkinləşməyin.

Cəvahir

www.yenicag.az

843
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv