!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gözəlliyin qurbanına ÇEVRİLƏNLƏR: Bu, xəstəlikdir, yoxsa?..

!Reklam – Yazi

Zahiri görünüşündə qüsur oldu-olmadı, bir çox xanımlar plastik əməliyyatlar etdirir.

“Burnum xoşuma gəlmir”, “dərim sallanır”, “üz quruluşum ürəyimcə deyil”, ”çox kökəm, paltarlarım əynimə gəlmir” və digər takıntıları özünə dərd edən qadınların bu təlatümü depressiyaya qədər gətirib çıxarır. Görünüşlərindən məmnun olmayan və buna görə sosial həyatdan təcrid oulnan bu xanımlar yeni bədən formasına nail olduqdan sonra özgüvənləri özlərinə qayıdır…

Yenicag.az-a açıqlama verən tanınmış psixoloq Ülviyyə Murtuzova xanımların qarşlaşdıqları bu vəziyyətin psixologiyada “bədən dismorfik pozuntu” kimi qəbul olunduğunu bildirib.

O, xarici görünüşünün çirkin, ya gözəl olmasından asılı olmayaraq, hər bir insanın belə durumla qarşı-qarşıya qala biləcəyini deyib:

“Özünü bəyənməmək, yəni dismorfobiya, səbəbləri tam olaraq bilinməyən bir vəziyyətdir. Buna psixologiyada “bədən dismorfobik pozuntu” deyilir. Bu hal insanlarda zahiri görkəmi ilə heç cür barışa bilməmək və özündə daim qüsur axtarışı kimi izah edilir. “Dismorfobik pozuntu” insanın var olmayan və yaxud həqiqətdə olandan çox daha qabarıq bir şəkildə görünüşündə qüsur axtarması və bununla davamlı məşğul olmasıdır. Şəxsin qüsur olaraq gördüyü əlamət bir çox halda xəyali xarakterlidir, sanki məndə varmış kimi… Yəni hər hansı bir fiziki qüsur olmadan da bu düşüncələr formalaşa bilər. Bəzi adamlar bunu özlərində bir takıntı halına gətirir. Bu narahatlıq o həddə çatır ki, bunu sosial, peşə funksiyalarında, hətta klinik baxımından belə nəzərə çarpacaq qədər özlərində təlatüm yaşayırlar. Bədən dismorfobik pozuntu yaşayan insanların çoxu obsessiv kompulsiv pozuntuya məruz qalırlar. Tez-tez güzgüyə baxır, ifrat dərəcədə özlərinə diqqət yetirirlər. Onlar “kənar insanlar bunu məndə bir qüsur kimi görəcək” fobiyasını yaşayırlar və nəticədə sosial mühitdən uzaqlaşırlar. Onlar hər hansı əməliyyat vasitəsi ilə “qüsur və çikrinliklərini” gizlətməyə çalışdıqları vaxta qədər cəmiyyətdən və insanlardan təcrid olunmağa başlayırlar. Onu da vurğulayım ki, belə insanlar bədənin bütün nahiyələrinə fokuslanırlar; dərim ləkəlidir, sinəm çox kiçikdir, üzüm çox arıqdır, yaxud da, kökdür, burnum uzundur. Hətta mədəyə xüsusi diqqət edirlər, çünki həddən artıq klilolu görünmələrində birbaşa mədəni günahlandırırlar. Durmadan özlərini bu takıntılarla mübarizə aparmağa həsr edən belə insanlar depressiv pozuntu halını yaşayır”.

Cəvahir

www.yenicag.az

814
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv