!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gözlənilən GERİDÖNÜŞ: “Kənara çəkildim və bir çox insanların reaksiyasını gördüm”

!Reklam – Yazi

“Dövlət və milli mənafelər məsələsində heç vaxt müşahidəçi mövqeyində dayanmadım, belə bir niyyətim də yoxdur”.

Bu fikirləri təqribən son bir ay ərzində “Facebook”da fəaliyyətini və media ilə əməkdaşlığı dayandıran, lakin artıq bu “moratorium”u sonlandıran siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, kimin kim olduğunu, onların münasibətini müəyyənləşdirmək planında zaman-zaman belə “geriçəkilmə”lərə ehtiyac var:

“Əslində, proseslərdən kənarda qalmamışdım və qalmağım da mümkün deyildi. Çünki Azərbaycanın dövlət mənafeləri bizim kimi bu işləri az-çox bilən şəxslərin mütləq meydanda olmalarını tələb edir. O baxımdan, “Facebook” hesabımdan uzaqlaşsam da, xüsusilə “X” (keçmiş “Twitter” – red.) üzərindən, əsasən də ingilisdilli seqmentdə çox aktiv şəkildə fəaliyyət göstərmişəm.

Təbii ki ermənilərin antiAzərbaycan təbliğatına, bizə atılan böhtanlara və onların arxasında dayanan Qərb mərkəzlərinin təmsilçilərinə tutarlı cavablarım olub. Hətta bu müddətdə “X”də izləyicilərimin sayı da xeyli artıb. Demək istədiyim odur ki, kənara çəkilsəm də, dövlət və milli mənafelər məsələsində heç vaxt müşahidəçi mövqeyində dayanmadım, belə bir niyyətim də yoxdur.

“Facebook”dan uzaqlaşmağım nə göstərdi? Bir tərəfdən hiss etdim ki, “Facebook” gerçəkdən, bizim zamanımızı xeyli “oğurlayırmış”. Açıq deyək ki, biz bu soaial şəbəkəyə həddən artıq vaxt sərf edirik. “Facebook”dan kənarlaşdığım təqribən bir aylıq müddətdə xeyli əlavə vaxt qazanmış oldum və bundan da səmərəli qaydada yararlandım.

Digər tərəfdən, maraqlı olan həm də budur ki, mən kənara çəkildim və bir çox insanların reaksiyasını gördüm. Yəni “getdi, getdi də…”. Sanki heç yox idim… Bunu da özüm üçün aşkarlamış oldum. Ona görə də belə düşünrəm ki, kimin kim olduğunu, onların münasibətini müəyyənləşdirmək planında zaman-zaman belə “geriçəkilmə”lərə ehtiyac var. Ümumilikdə, fikrimcə, bu addımım şəxsən mənim üçün faydalı oldu.

Geridönüşə gəldikdə isə mən “Facebook” fəaliyyətimi sentyabrda bərpa etməyi düşünürdüm. Sadəcə, bəlli oldu ki, bu sosial şəbəkədəki hesabım avtomatik aktivləşdirilib. Sanki “Facebook” mənim hesabımın fəal olmağını istəyirmiş. Bununla da vaxtın çatdığını fikirləşərək davam etməyi qərara aldım. Ancaq çalışacağam ki, “Facebook”a əvvəlki qədər çox vaxt sərf etməyim. Bütün hallarda onu deyə bilərəm ki, biz yenə işimizin başındayıq”.

A.Zeynalov

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv