!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gözlər AZƏRBAYCAN TƏMSİLÇİLƏRİNDƏ: “Hər üç komandanı çətin və bir o qədər də önəmli matç gözləyir” - PROQNOZ

!Reklam – Yazi

Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə HİK-lə, UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsində isə “Neftçi” “Beşiktaş”la və “Sabah” “Partizan”la cavab oyunlarına çıxacaqlar.

Hər üç Azərbaycan təmsilçisinin oyunlarını dəyərləndirən idman jurnalisti Sənan Şəfizadə səfərdə onları çətin matç gözlədiyini Yenicag.az-a açıqlamasında bildirib:

“Bu gün hər üç klub üçün çox önəmli oyunlar keçiriləcək. “Beşiktaş” “Neftçi” ilə qarşılaşmasında evdə oynamasına baxmayaraq qələbə qazanmağa çalışacaq. Son transferlərdən sonra komanda çox güclənib. Amma bu matçda “Neftçi”dən layiqli nəticə gözləyirəm. Əgər təmsilçimiz mərhələ adlamasa belə cavab oyununda qələbə qazanarsa, Azərbaycanın UEFA cədvəlində reytinqini artıra bilər.

“Qarabağ”ı Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək HİK-lə matçda çətin sınaq gözləyir. Çətin oyuna baxmayaraq təmsilçimizdən qələbə qazanaraq Avroliqanın pley-off mərhələsinə yüksələcəyini gözləyirəm. Düzdür, “Qarabağ” 8 günə 3-cü oyununa çıxır və buna görə də heyətdə yorğunluq hiss oluna bilər. Amma təmsilçimiz öz təcrübəsinə arxalanaraq bu mərhələni adlaya bilər.

“Sabah” komandasını da “Partizan”la asan olmayan cavab oyunu gözləyir. Çünki “Partizan”ı biz Bakıda məğlub etdik, amma səfərdə tam fərqli ssenari olacaq. Rəqib evdə həm hücuma atılacaq, həm də çalışacaq ki, erkən qolla əlavə stimul qazansın. Ona görə də “Sabah”ı ciddi bir müqavimət gözləyir. Buna baxmayaraq təmsilçimizdən sərfəli nəticə gözləyirəm”.

UEFA Avropa Liqası, III təsnifat mərhələsi
Cavab oyunu

20:00. HİK – “Qarabağ”
Baş hakim. Villi Delajod (Fransa)
Helsinki. “Bolt Arena”
İlk oyun – 1:2

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunları

22:00. “Beşiktaş” (Türkiyə) – “Neftçi” (Azərbaycan)
Baş hakim: Yulian Veynberger (Avstriya)
“Beşiktaş” stadionu, İstanbul
İlk oyun – 3:1

23:00. “Parizan” (Serbiya) – “Sabah” (Azərbaycan)
Baş hakim: Bartoş Frankovski (Polşa)
“Partizan” stadionu, Belqrad
İlk oyun – 0:2

Sadiq Cavadov

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv