!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gözlər “QARABAĞ”da: “Hər kəs ürəyini buz kimi saxlasın” – AÇIQLAMA

!Reklam – Yazi

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək. Azərbaycan təmsilçisi “Qarabağ” ilk oyununda Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşacaq.

“Qarabağ”ın bügünkü oyununu dəyərləndirən idman jurnalisti Ceyhun Rzayev Yenicag.az-a açıqlamasında Ağdam təmsilçisinin rəqibini asanlıqla keçəcəyini bildirib:

“”Qarabağ” cütün aşkar favoritidir. Ciddi bir şey baş verməsə, komandamız “Linkoln”u asanlıqla keçəcək. Ola bilsin ki, bugünkü oyun “Qarabağ” üçün bir az çətin keçsin. Çünki oyunun keçiriləcəyi “Viktoriya” stadionunun ot örtüyü təbii deyil, sünidir. Amma istənilən halda komandamızın oyuna tam hazır olduğunu deyə bilərəm. “Qarabağ”ın Avstriyadakı yoxlama oyununu da izlədikdə komandanın gücünü görmək olar. Qurban müəllimin bügünkü oyunda hər hansı sürpriz addım atacağını gözləmirəm. “Qarabağ”ın ənənəvi oyun nümayiş etdirəcəyini düşünürəm. Hər kəs ürəyini buz kimi saxlasın”.

O, həmçinin Patrik Andrade və Kevin Medinanın meydanda olub-olmayacağına da aydınlıq gətirib:

“Patrik Andrade hələ müqavilə bağlamadığı üçün Bakıdadır. Kevin Medina isə bu axşam yaşıl meydanda mübarizəsini davam etdirəcək”.

Qeyd edək ki, “Qarabağ” – “Linkoln” görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Görüşü Litvalı baş hakim Vitalijs Spasjonnikov idarə edəcək. Bu komandalar arasında cavab oyunu isə iyulun 19-u keçiriləcək.

Sadiq Cavadov

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv