!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Gözləyirəm ki…” - Külli miqdarda cərimələnən Aşıq Əlidən AÇIQLAMA

!Reklam – Yazi

Aşıq Əli Tapdıqoğlunun 1078 manat avtomobil cəriməsi olduğu və uzun müddətdir cəriməni ödəmədiyi bəlli olub.

Yenicag.az xəbər verir ki, sənətçi həmin cəriməni ödəməyə pulunun olmadığını bildirib.

Aşıq uzun müddətdir ki, həmin avtomobilin istifadə olunmadığını deyib:

“O pulun heç yarısını ödəməyə pul yoxdur, qaldı ki hamısını. Ramazan ayı başa çatandan sonra toylar başlasın, onda cəriməsini ödəyəcəm”.

Əli şəxsi maşınının olmadığını da bildirib:

“O maşın rəhmətlik atamın maşınıdır. Sürən yoxdur, həyətdədir. Özümün isə şəxsi maşınım da yoxdur”.

Aşıq bunu “Həmin Zaur” proqramında açıqlayıb.

Qeyd edək ki, aşıq Əlinin bir neçə il öncə də böyük məbləğdə avtomobil cəriməsi olduğu barədə xəbərlər yayılmışdı.

Cəvahir

www.yenicag.az

2132
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv