!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güc faktorlarının PLANLARI: “Ermənistanı qızışdırmaqla növbəti dəfə…” - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan-Türkiyə tandeminin beynəlxalq münasibətlər sistemində möhkəmlənməsindən narahat olan güc faktorları Ermənistanı qızışdırmaqla növbəti dəfə regionda qeyri-stabilliyin əldə olunmasına çalışır”.

Bunu erməni deputat Artur Xaçaturyanın Ermənistanın 10 noyabr kapitulyasiyasının şərtlərinin qorunub saxlanılması üçün Azərbaycana yalvarması fikrini şərh edən Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, geopolitik analizlərin nəticəsini müşahidə etsək, Ermənistanın aktiv şəkildə yeni müharibəyə qızışdırıldığının şahidi olarıq:

“Əlbəttə rasional olaraq düşünsək, Ermənistanın Azərbaycanla nəinki müharibə, ümumiyyətlə hansısa sahədə rəqabət aparmaq üçün nə gücü, nə potensialı mövcuddur.

Sadəcə olaraq, Azərbaycanın güclənməsi, Azərbaycan-Türkiyə tandeminin beynəlxalq münasibətlər sistemində möhkəmlənməsindən narahat olan güc faktorları Ermənistanı qızışdırmaqla növbəti dəfə regionda qeyri-stabilliyin əldə olunmasına çalışır. Həmçinin məqsədləri Ermənistanı müharibəyə təhrik etməklə Cənubi Qafqaz regionunda gərginliyin qalması haqqında görüntü yaratmaqdır. Azərbaycan bu müharibə təhdidlərini real faktor kimi nəzərdən keçirir.

Ermənistanda siyasi güclər arasında balans demək olar ki, tamamilə pozulub. Hərbi komandanlıqla siyasi hakimiyyət arasında dərin uçurum mövcuddur. Erməni xalqının istər hakimiyyətdə, istərsə də müxalifətdə təmsil olunmasından asılı olmayaraq siyasi qüvvələrə münasibəti birmənalı deyil. Bu hallar Ermənistan Ədliyyə Nazirliyinin yeni qondarma qanun qəbul etməyi ilə nəticələnə bilər. Əsas məqsəd bu qanunu qəbul etməklə Ermənistanda sosial şəbəkələrə və mediaya total nəzarət mexanizmlərini qanuniləşdirməkdir. Ermənistan beynəlxalq birlik qarşısında üzərinə götürdüyü öhdəlikləri pozaraq Ədliyyə Nazirliyi tərəfindən belə bir qondarma qanunu qəbul etməklə növbəti dəfə söz və mətbuat azadlığını linç etmiş olacaq.

Ermənipərəst ailələrin bu məsələyə adekvat reaksiya verməyəcəyi indidən bəllidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv