Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Güclü maqnit qasırğası gözlənilir

Yer kürəsində oktyabrın 13-14-də maqnit qasırğası gözlənilir.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Fobos” hava mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, yaxın günlərdə günəş küləyinin yeni həddə çatması maqnit qasırğasına səbəb olacaq. Bununla əlaqədar oktyabrın 11-12-də, həmçinin oktyabrın 15-də yerin maqnit sahəsində həyəcanlaşma qeydə alınacaq.

Məlumatda həmçinin qeyd edilir ki, bu günlərdə rabitə və elektronika avadanlıqlarının işində kəsintilər, texnogen qəzalar və fəlakətlərin baş verməsi ehtimalı var.

Mütəxəssislər bu günlərdə meteohəssas insanlarda narahatlıq hissi yaranacağı barədə də xəbərdarlıq ediblər.

Loading...

www.yenicag.az

1286
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100