!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Güclü orduya sahib olmadan güclü Türkiyə ola bilməz" - Ərdoğan

!Reklam – Yazi

“Bəzi iqtisadçılar tərəfindən israf olduğu bildirilən müdafiə xərcləri ildən-ilə bütün dünyada artır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Milli Müdafiə Universitetinin Hərbi Akademiyasının diplom alma mərasimində çıxış edərkən səsləndirib.

Ərdoğan intizamlı orduya sahib olmağın vacibliyinin hər kəs tərəfindən qəbul edildiyini vurğulayaraq Türkiyənin bu yeni dönəmə ən hazır girən dövlətlərdən biri olduğunu qeyd edib:

“Çəkindiriciliyi yüksək, güclü və müasir orduya sahib olmağın nə qədər vazkeçilməz olduğu bu gün hər kəs tərəfindən qəbul edilir. Güclü orduya sahib olmadan güclü Türkiyənin ola bilməyəcəyini yaşadığımız acı təcrübələrdən çox yaxşı bilirik”.

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv