!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güclü qasırğa səbəbindən 157 min insana təxliyə tövsiyəsi verildi

!Reklam – Yazi

Yaponiyanın cənub-qərbində yerləşən Miyazaki prefekturasında “Kanun” qasırğasının təsiri ilə əlaqədar ən azı 157 min insana evlərini tərk etmək və təxliyə mərkəzlərinə köçmək tövsiyə olunub.

Yenicag.az xəbər verir ki, Yaponiyanın cənubunda bir həftədən artıqdır davam edən tropik tufan Okinava və Kyusyu adalarında güclü yağışlara səbəb olub. Bəzi rayonlarda yağıntının intensivliyi sutkada 300-400 mm-dir. Bu, sürüşməyə, daşqına, çayların məcrasından çıxmasına səbəb ola bilər.

“Kanun” hazırda yavaş-yavaş Kyusyu sahilləri boyunca şimala doğru irəliləyir. Qasırğa zonasında küləyin sürəti 25-30 m/s-ə çata bilər.
Eyni zamanda, bu il sayca yeddinci olan “Lan” tayfunu Sakit okeanda formalaşıb və həftənin sonuna kimi Yaponiyanın paytaxt regionuna yaxınlaşa bilər.

Mənbə: TASS

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv