!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güclü yağış yağdı, suların ortasında qalan vətəndaş xilas edildi

!Reklam – Yazi

Yağan intensiv yağışlar nəticəsində Masallı rayonu, Sərçuvar kəndində ferma ərazisində vətəndaş köməksiz vəziyyətdə qalıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin “112″ qaynar telefon xəttinə məlumat daxil olan məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yağan güclü yağışla əlaqədar ətraf ərazinin su basması səbəbindən vətəndaşın fermada köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə vətəndaş xilasetmə qayığı ilə təhlükəsiz əraziyə təxliyə edilərək xilas olunub.

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv