!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güclü yağışlar Almaniyanın məşhur safari parkını suya qərq etdi - FOTO

!Reklam – Yazi

Almaniyada bir neçə gündür davam edən güclü yağışlar fəsadlar törətməyə davam edir.

Belə ki, əlverişsiz hava şəraitinə görə ən böyük zərərə məruz qalan Aşağı Saksoniyada Serengeti Safari Parkına ciddi ziyan dəyib, 60 hektar ərazini su basıb.

Safaridə təqribən 1500 heyvanın olduğu bildirilir, hazırda onları təxliyə etmək üçün plan hazırlanıb.

Qeyd edək ki, Almaniyada təqribən bir həftə əvvəl başlayan yağış, ölkənin yarısında daşqınlara səbəb olub. Aşağı Saksoniyada bəndin uçması nəticəsində su Maqdeburq yaxınlığındakı dəmir yollarını yuyub aparıb. Türingiyanın şimalında daşqın səbəbindən yüzlərlə insan təxliyə edilib. Drezdendə Elba sahillərində Milad sirki bağlanıb və s.

O da vurğulanıb ki, ölkədə əlverişsiz hava şəraitinin bu gün də davam edəcəyi gözlənilir.

www.yenicag.az

146
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv