!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güclülərin zəiflər üzərində HÖKMRANLIĞI: “Övladlarımıza özlərini müdafiə etməyi...”

!Reklam – Yazi

“O hadisəni kənardan izləyərək müdaxilə etməyən şəxsləri vətən xaini adlandırıram”.

Bu fikirləri məktəbli qızlar araında baş verən və cəmiyyətdə növbəti dəfə rezonans doğuran məlum hadisəni psixoloji aspektdən dəyərləndirən mütəxəssis Vəfa Rəşidova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, xoşagəlməz hərəkətlərə yol verən yeniyetmələr öz ailələrində də müəyyən zorakılığa məruz qalan şəxslərdir:

“Yaşanan hadisə nəticəsində buna məruz qalmış qızın psixologiyası ciddi şəkildə zədələndi. Həmin hadisənin izlərini silmək üçün uzun müddət lazım olacaq. Düzdür, psixoloqlar bu məsələdə həmin şəxslə müəyyən söhbətlər aparacaqsa da, yeniyetmə artıq o hadisəni yaşadı və çox ciddi zədə aldı. Düşünürəm ki, təkcə həmin qız yox, bütün cəmiyyət zədələndi.

Baş vermiş hadisə ilə bağlı videoların paylaşılması absurd davranışdır. Əmin ola bilərsiniz ki, həmin əməli törədən şəxsin çıxıb üzr istəməsi ilə bu hadisənin də üstündən keçiləcək, unudulub gedəcək. Çoxillik təcrübəm onu deyir ki, dəfələrlə bulinq vəziyyətləri yaşansa da, cəmiyyət bir neçə gün hadisəni müzakirə edir, lakin problemin həll yolu sual altında qalır.

Ümumiyyətlə, övladlarımıza belə hallarda özlərini necə müdafiə edəcəyini öyrətmək lazımdır. Özünü müdafiə edə bilməyən uşaq həmişə zəif olur. Güclülər də hər zaman zəifi yaxalayıb ona hücüm etmək istəyirlər. Məlum hadisənin əsas günahkarlardan biri təbii ki valideynlər, həm də o hadisəni kənardan seyr edən insanlardır.

Hadisəni kənardan izləyərək müdaxilə etməyən şəxsləri vətən xaini adlandırıram. Həmin hərəkətləri edən yeniyetmələr öz ailələrində də müəyyən zorakılığa məruz qalan şəxslərdir. Təəssüf ki, belə hadisələr tez-tez baş verir və cəmiyyət də bunu kənardan seyr etməklə kifayətlənir. Bu hadisədən ciddi nəticə çıxarmaq lazımdır”.

İsmayıl Bakuvi

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv