!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülənə qarşı əməliyyat Türkiyə sərhədlərini aşır – Siyahıda Azərbaycan da var

!Reklam – Yazi

sddefaultƏrdoğana yaxın yazar açıqladı: “Paralel dövlət, paralel din şəbəkəsi yalnız Türkiyə ilə başlayıb, Türkiyədə bitmir, bu bir çox ölkənin kəşfiyyatı ilə əlbir işləyən bir quruluşdur”

 Türkiyə hökumətinə yaxınlığı ilə seçilən tanınmış yazar Abdurrahman Dilipak, “Paralel Təşkilat” olaraq adlandırdığı Fətullah Gülən Şəbəkəsinə qarşı yaxında böyük əməliyyatın yaxınlaşdığını xəbər verib.

 Yenicag.az “Yeni Akit” qəzetinə istinadən bildirir ki, Türkiyədə açılacaq cinayət işi on minlərlə fətullahçının mühakimə olunacağı, Silivri Həbsxanasının bu böyüklükdə əməliyyatda həbs olunanları qəbul etməkdə yetərsiz qalacağı ilə yadda qalacaq. Dilipak, “Bu məhkəmə başlayıb, dərhal bitməyəcək. İllər davam edəcək” deyərək, məsələnin miqyasının böyüklüyündən bəhs edib.

Dilipak, “Paralel quruluşu gözləyən gələcək!’ başlıqlı yazısında,  keçiriləcək əməliyyatla bağlı proqnozlarını belə sıralayıb: “81 şəhərin imamından danışılır. Bölgə imamları var. Bunların köməkçiləri, koordinatorları, məhəllə, ev imamları, maliyyə komitələrinin rəhbərləri, iqtisadi quruluşların başçıları, hüquq-mühafizə orqanlarına sızanlar, beynəlxalq əlaqələri quranlar, mətbuatdakı “qladiatorlar”, kəşfiyyat, himmət qruplarına üzv olanlar var. Bunların əksəriyyəti terror təşkilatına üzvlük və üzvlərə yardım etmək suçu ilə mühakimə oluna bilər. İllərdən bəri Gülən Terror Təşkilatına pul toplayanlar, bu pulları daşıyanlar, təşkilata bağlı qurumlara rəhbərlik edənlərin mühakimə olunduğu bir məhkəmə prossesini düşünün. Türkiyənin 81 şəhər, 800 rayonun da və 110 ölkədə on minlərlə potensial şübhəlilər ordusundan söz edirik“.

Dilipak daha sonra başqa ölkələrdə də Gülən Şəbəkəsinə qarşı cinayət işinin açılacağını xəbər verib:

“Xüsusilə, digər ölkələrdə açılacaq davalarla əlaqədar, çox sayda xarici prokuror, hakim və ya təhlükəsizlik əməkdaşları və diplomat bu iddianaməni öz daxili hüquq sistemləri üçün pilot bir məhkəmə işi olaraq görəcəklər… Bu baxımdan Gülən Terror Şəbəkəsi ilə bağlı məhkəmə iddianaməsindən tutmuş prossesə qədər anında xülasə olaraq da olsa tərcümə edilərək bir agentlik və ya “Anadolu” Agentliyi tərkibində yaradılacaq  özəl qurum tərəfindən müxtəlif dillərdə yayılması lazımdır”.

Dilipaka görə, “Bu işin, Media, Mafia, Biznes, Siyasət, Bürokratiya, Təhlükəsizlik-Kəşfiyyat, QHT, xarici əlaqələri var. Paralel dövlət, paralel din şəbəkəsi yalnız Türkiyə ilə başlayıb, Türkiyədə bitmir. Sabah bu iş, ABŞ, bəzi AB ölkələri, Vatikan və İsraildə daxili siyasət məsələsi halına gəlirsə, təəccüblənməmək lazımdır. “İrangate” kimi bu iş partlaya bilər. Bir çox ölkənin kəşfiyyatı ilə əlbir işləyən bir quruluşdan söz edirik. Saxta diplom, çirkli pul hərəkətləri, imtahan suallarının oğurlanması, dövlətlərin maliyyə qaynaqlarının haqsız istifadəsi, gizli məlumatların ələ keçirilməsi və başqa ölkələrə transfer, yəni, hər şey var. Hətta Misir, Yəmən, Liviya, Tunis kimi ölkələrdə meydana gələn hadisələrdə da bu kəslərin barmaq izlərini görmək mümkündür”.

Bütün bu əməliyyatların sonunda Gülən Şəbəkəsinin bitəcəyi gözlənilir: “Bu yaz isti keçəcək kimi sanki .. Yalnız Türkiyədə deyil, bölgəmizdə və İslam dünyasında .. Onsuz da böyük dəyişmənin sancısız olacağını düşünmək doğru deyil .. Sel gedəcək, qum qalacaq. Gecənin qaranlığından sonra işıqlı bir şəfəq bizi gözləyir”.

Dilipak bu ilin avqust ayına qədər ordu və təhsil sahəsində ciddi təmizliyin başa çatacağını, zatən kəşfiyyat və polisdə getdikcə dayaqlarını itirdiklərini qeyd edib. Seçkilərdən sonra böyük məhkəmə prosseslərinin başlayacağına diqqət çəkən Dilipak o zamana qədər Gülənin para qaynaqlarının da qurudulacağını vurğulayıb.

Tanınmış yazar Camaatın pisə doğru gedişin başladığının fərqində olduğundan getdikcə, paniklədiyini və səhvlərini artırdığını da qeyd edib.

Qeyd edək ki, Güləni bitirməkdə qərarlı olan Ərdoğan onların “məktəb” projesinə alternativ sistem qurmaqla bərabər Azərbaycanda da daxil olmaqla, dünyanın bir çox ölkəsində əməliyyatlara start verilməsinə çalışır.

Əməliyyatlarla yanaşı Gülənə bağlı olan və hələ də gizliliyini qoruyan 5-ci kalonların ifşa prossesi də getməkdədir. Çünki qarşıdan gələn həm Türkiyədə, həm də Azərbaycandakı parlament seçkilərində Gülənin gizli adamlarının müxtəlif yollarla mandat qazanmağa çalışacaqları bildirilir.  Ərdoğan ilə Əliyevin son görüşündə həm bu mövzunun, həm də liseylərlə bağlı durumun ciddi müzakirə edildiyi və Azərbaycanda da yaxında “paralel əməliyyat”a başlayacağı gözlənilir.

Yazının linki:

http://www.yeniakit.com.tr/yazarlar/abdurrahman-dilipak/paralel-yapiyi-bekleyen-gelecek-9310.html

Yenicag.az

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv