!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Güləş üzrə Azərbaycan yığmaları dünya çempionatına hazırlaşır

!Reklam – Yazi

Sentyabrın 16-dan 24-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçiriləcək.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, milli komandalarımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan məsul yarışa hazırlığı davam etdirir.

Sərbəst güləş üzrə yığmamız avqustun 9-dan Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir. Hazırlıq prosesi ayın 23-dək davam edəcək. Daha sonra komandamız DÇ üçün son hazırlıq mərhələsini Bakıda keçəcək.

Yunan-Roma və qadın güləşi üzrə millilərimiz isə paytaxtda bir araya gəlib. Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında baş tutan hazırlıq prosesi avqustun 10-da start götürüb. Qadın güləşçilərimiz bazar günü Bakı toplanışını başa vuracaqsa, yunan-Roma güləşi üzrə yığmamız ayın 24-dək gündə 2 dəfə olmaqla intensiv məşqləri davam etdirəcək.

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv