!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Güləş yığmalarımız dünya çempionatının hazırlığına başladılar

!Reklam – Yazi

Güləş üzrə Azərbaycan milli komandaları dünya çempionatına hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışlarına start verib.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, yığmalardan ikisi Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirir. Yunan-Roma güləşi üzrə kollektiv mayın 9-dan fiziki hazırlıq üzrə təlim-məşq toplanışına başlayıb. Fiziki güc və dözümlülüyün artırılması yönündə keçirilən məşqlər mayın 23-dək davam edəcək.

Qadın güləşçilər baş məşqçi Semyon Çterevin rəhbərliyi altında mayın 15-də paytaxtda təlim-məşq toplanışına start verib. Hazırlıq prosesi mayın 30-da yekunlaşacaq. Sərbəst güləşçilər isə mayın 14-də Rusiyaya yollanıb. Vladiqafqazda baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı ayın 28-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan yığmalarını qarşıda Qırğızıstan (1-4 iyun) və Macarıstanda (13-16 iyul) keçiriləcək reytinq turnirləri gözləyir. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatı isə sentyabrın 16-dan 24-dək Serbiyada təşkil ediləcək.

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv