!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

Güləşçilərmiz dünya çempionatında yarımfinala vəsiqə qazandı

!Reklam – Yazi

Azərbaycanın 2 güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

Yenicag.az xəbər verir ki, bunlar dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli və ikiqat Avropa mükafatçısı Ülvü Qənizadədir.

55 kq. Eldəniz Əzizli 1/8 finalda Covanni Frenini (İtaliya) 8:0, 1/4 finalda isə Yu Şiotanini (Yaponiya) 9:0 məğlub edərək yarımfinala vəsiqə qazanıb. Əzizli 2-ci dəfə dünya çempionatının finalına çıxmaq üçün yarımfinalda Maks Emiliano Nourini məğlub etməlidir.

72 kq. Ülvü Qənizadə 1/8 finalda İbrahim Məhəmmədovu (Qazaxıstan) 4:2, 1/4 finalda Deyvid Dimitrovu (Bolqarıstan) 10:0 məğlub edib. O, yarımfinalda Səlçuk Canla (Türkiyə) qarşılaşacaq.

77 kq. Ötən ilin dünya ikincisi Sənan Süleymanov təsnifat mərhələsində milliyyətcə çeçen olan İdris İbayevə (Almaniya) 7:8 uduzaraq medalsız qalıb.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 18-də başa çatacaq.

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv