Güləşçimiz çempion oldu

IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışları davam edir.

Yenicag.az xəbər verir ki, səkkizinci yarış günündə Azərbaycanın aktivinə növbəti qızıl medal yazılıb.

Bu, 61 kq. çəki dərəcəsində çıxış edən Hacı Əliyevin sayəsində olub. Finalda qırğızıstanlı Alibek Osmanovu 10:0 hesabı ilə məğlub edən Əliyev, himnimizi səsləndirməyi bacarıb.

Qeyd edək ki, güləşçimizin zəfərini Azərbaycan prezidenti İlham Əliyev canlı izləyib.

Yenicag.az