Güləşçimiz erməniyə qalib gəlib finala yüksəldi 

Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının final mərhələsinə yüksəlib.

Yenicag.az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan S.Süleymanov yarımfinalda ermənistanlı rəqibi Karapet Çalyanı 3:0 hesabı ilə məğlub edib. İnamlı qələbə qazanan idmançı Avropanın ən güclüsü olmaq uğrunda yarışacaq.

Qeyd edək ki, S.Süleymanov final qarşılaşmasına fevralın 11-də çıxacaq.