!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Güləşçimiz idman festivalında finala yüksəldi

!Reklam – Yazi

Azərbaycanın yunan-Roma güləşi üzrə idmançısı Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında finala yüksəlib.

Yenicag.az xəbər verir ki, ölkəmizi təmsil edən güləşçi Sərxan Məmmədov (130 kiloqram) yarımfinalda İran təmsilçisi Soheyl Yousefi Sanganini məğlub edib və finala yüksəlib.

Xatırladaq ki, bu gün yunan-Roma güləşi üzrə daha 3 idmançımız – Elvin İbadov (55 kiloqram), Ziya Babaşov (63 kiloqram) və Səid Axundzadə (82 kiloqram) növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə – badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv