!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Güləşçimiz Murad Məmmədov Paris-2024-ə lisenziya qazandı

!Reklam – Yazi

Azərbaycan güləşçisi Murad Məmmədov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Yenicag.az İdman.biz-ə istinadən xəbər verir ki, yunan-Roma güləşçimiz bu uğura İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində nail olub.

60 kq çəkidə çıxış edən idmançımız yarımfinalda Razvan Arnautla (Rumıniya) qarşılaşıb. Məmmədov 8:2 hesabı ilə qalib gələrək Fransa paytaxtında iştirak hüququna yiyələnib.

Əvvəlki mərhələlərdə Aleksandrs Yurkyansla (Latviya) Kristofer Krameri (Almaniya) 10:1 və Mixal Tratsı (Türkiyə) 5:1 hesabı ilə məğlub edən pəhləvanımız İstanbuldakı yarışda Azərbaycan yığmasının ilk lisenziyasının sahibi olub.

Qeyd edək ki, bu gün Azərbaycan millisinin daha 2 güləşçisi Paris-2024-ə lisenziya üçün həlledici qarşılaşmaya çıxacaq.

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv