!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülmirzə Cavadov: "Azərbaycan-Türkiyə qardaşlığı bütün Türk və İslam dünyası üçün nəhəng bir örnəkdir" - FOTOLAR

!Reklam – Yazi

“Azərbaycan-Türkiyə qardaşlığı bütün Türk və İslam dünyası üçün nümunə və nəhəng bir örnəkdir”.

Bunu tanınmış xeyriyyəçi, ölkəmizin dövlət və ictimai xadimi, həkim professor mərhum Fəxrəddin Cavadovun oğlu Gülmirzə Cavadov Yenicag.az-a açıqlamasında deyib.

O qeyd edib ki, Türkiyəmizdə baş verən dəhşətli faciənin fəsadlarını hər birimiz müşahidə etdik və bu təbii olaraq bütün Azərbaycan xalqını çox sarsıtdı.

“Azərbaycanımızın dövlət başçısı cənab İlham Əliyev tərəfindən dərhal başlanan qardaş dəstəyi çağırışına qoşulmağı özümüzə borc bilib, dərhal yaxın dostlar ilə maliyyə toplamağa qərar verdik. Bir millət iki dövlət prinsipinə sadiq qalaraq, qardaş Türkiyədəki bu kritik vəziyyətdə əlimizdən gələn yardımı həyata keçirmək üçün kampaniya başladıq” – deyə o bildirib.

“Ən əsas məqsəd o bölgədə fəlakətdən sonra çox ağır yaşam və hava şərtlərində olan bizim qanı bir – canı bir gardaş və bacılarımıza əlimizdən qələn dəstəyi göstərməkdir! Maliyyə dəstəyindən ziyadə isə ən təməl hədəfimiz Azərbaycan qədər ərazini yerlə-yeksan edən dağıdıcı zəlzələnin bir neçə nöqtəsinə birbaşa gəlib, orada ən təcili ehtiyac duyulan vacib ləvazimatları qardaş və bacılarımıza birbaşa təqdim etməkdir, həmçinin onlara mənəvi dəstək də göstərməkdir. Hazırda 4 böyük TIR ilə 2 milion TL dəyərində ən çox ehtiyac duyulan ərzaq və qida malları, həmçinin 10 ədəd dizel generator, böyük və uşaqlar üçün isti qış qiyimləri, qış botları, yastıq və yorğan, su depoları, bir çox təmizlik maddələri, antiseptik, müxtəlif gigiyenik bezlər, 68 ton içməli su , süngər yataqlar, 1400 nəfərlik quru yemək dəsti, yaşayış konteynerləri və digər zəruri ləvazimatlar bölgəyə tərəfimizdən birbaşa gətirilib. Yardımın bir hissəsi 15 və 16 fevral tarixlərində sırf Hatay vilayətinin inzibati mərkəzi Antakyaya, bundan başqa da İskəndərun şəhərlərində əhaliyə birbaşa çatdırılılıb. Bundan əlavə zəlzələdən ən çox zərər çəkmiş, haradasa yerlə-yeksan olmuş Antakya şəhərində günlük 10.000 nəfərə isti yemək və birbaşa yardım paylama nöqtəsində mütamadi olaraq gətirilən yardımlar ehtiyaca görə gətiriləcək və davamlı olaraq paylanacaqdır. Bu kimi bölgənin digər ağır nöqtələrində də mümkün qədər ünvanlı yardım göstərilməsi məqsədilə əlimizdən gələni etməyə çalışırıq” – deyə o vurğulayıb.

Cavadov onu da bildirib ki, əlavə olaraq 230 min türk lirəsi dəyərində olan ayrıca 21 ədəd generator, əl fənərləri, yataq dəstləri Türkiyə dövlət qurumu AFAD vasitəsilə 18 fevral tarixində Qazıantepdə təqdim edilib.

“Biz – millətimizi, iki dövlətimizi sevən sadə vətəndaşlar olaraq həm dövlətimizin başçısının çağırışına qoşulur, həm də bütün dünyaya Azərbaycan-Türkiyə birliyinin nə qədər böyük güc olduğunu göstərmək üçün buradayıq. Əsas məqsədimiz buradakı qardaş və bacılarımıza əlimizdən gələn dəstəyi, köməyi göstərməkdir. Canımız, əziz Türkiyəmiz, Biz səninləyik!” – deyə Cavadov bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniyə, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Qəhrəmanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Qeyd edək ki , Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41 020 nəfərə çatıb.

www.yenicag.az

1413
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv