Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Gülnarə Xəlilova: "Bu, mənə maraqlı deyil" - Koronavirusdan dəb dünyasına YENİ DİKTƏ

Koronavirus pandemiyası dəb aləminə də təsirsiz ötüşmədi.

Dünya ölkərində elan olunan karantin, məşhur moda evlərinin sahibləri, eləcə də tanınmış modelyerlər və dizaynerləri yeni formata keçmək məcburiyyətində qoydu. Milan, Paris, London kimi məşhur “Moda həftələri”nin təşkilatçıları artıq rəqəmsal formata keçərək, dəfilələri onlayn formada nümayiş etdirirlər.

Yenicag.az-a açıqlama verən tanınmış modelyer Gülnarə Xəlilova yeni formatın dəb dünyasına təsirini şərh edib.

“Bəli, artıq bir çox məşhur dünya brendləri onlayn formatda fəaliyyətlərini davam etdirməyə qərar verib. Burda artıq tədbir çərçivəsində keçirilən dəfilədən söhbət getmir. Hər bir dizayner öz dəfiləsini klip şəklində çəkib, onlayn yayımlayacaq. Ya da canlı olaraq bu dəfilə nümayiş olunacaq.

İnsanlar həmin kanala qoşulub, dəfiləni seyr edəcək. İndiki durumda sosial şəbəkələr çox aktivdir, bu da normal haldır. Bunu etmək istəyənlər edəcək. Düşünürəm ki, bir çox insanların buna marağı olmayacaq. Şəxsən mənim özümə maraqlı gəlmir. Dünyada baş verən pandemiya bəllidir ki, iqtisadiyyata böyük zərbə vurdu və düşünmürəm ki, hər bir dizayner buna maraqla yanaşacaq.
Mənim də dəvət aldığım bir çox moda həftələrinin vaxtı dəyişdi. Adətən, bir çox dizaynerlər hansısa şəhərə və məkana toplaşıb, böyük bir moda həftəsi keçirir. Əgər onlayn nümayişdən söhbət gedirsə, hər kəs artıq bunu öz şəxsi kanalı vasitəsi ilə reallaşdıracaq. Bu da nə dərəcədə maraq doğuracaq, sual altındadır”.

Cəvahir

www.yenicag.az

927