!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gülzardan botoks etdirən xanımlara: “İnkubator kimi hamısı bir-birinə oxşayır”

!Reklam – Yazi

“İnkubator kimi eyniləşməyə, xanımların bir-birinə bənzəmələrinə pis baxıram”.

Bunu gənc muğam ifaçısı Gülzar Fərəcova plastik və estetik əməliyyatlardan danışarkən Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi botoks və digər prosedurlarla görünüşünü dəyişən xanımları, eləcə də kişiləri qınamadığını bildirib. Lakin bir şərtlə, hər kəs özünə yaraşanı etdirsin:

“Botoks, yaxud da digər estetik prosedurlar və plastik əməliyyatlara pis baxmıram. Hər kəs bunu etdirə bilər, fərqi yoxdur, istər kişi olsun, istər qadın. Təbiilik, sözsüz ki, daha gözəldir. Amma kiminsə burnu, dodağı, qaşı-gözü özünə yaraşmırsa, çənəsində, üzündə simmetrik əyrilik varsa, bunu özünə kompleks edirsə, əlbəttə, həmin adamın haqqıdır ki, görünüşündə dəyişiklik etsin və bu problemləri aradan qaldırsın.

Mən sadəcə olaraq inkubator kimi eyniləşməyə, bir-birinə bənzəməyə pis baxıram. Hansısa bir tanınmış şəxs estetik əməliyyat etdirir və insanlar da həmin həkimin yanına gedib, “İstəyirəm, mənim də dodağım, burunum məhz elə olsun”, – deyirlər. Demir e, mənə yaraşan olsun, deyir, filankəsdəki kimi olsun. Daha düşünmür ki, o burun, o dodaq filankəsdəki kimi ona yaraşacaq, ya yaraşmayacaq. Həkim də, sözsüz ki, onun istəyini yerinə yetirir. Nəticədə hamı bir-birinə oxşayır. Bəzən ayırd etmək olmur, kim kimdir.

Özünə yaraşan və təbiiliyə daha yaxın olan estetik əməliyyatı hər kəs etdirə bilər, heç onları qınamıram da. Qadın hər yaşda gözəl qalmaq istəyir. Mən təbiiyəm deyib, daha yaşlı görünməkdənsə, bəlli bir yaşdan sonra üz və bədən nahiyəsində müəyyən estetik prosedurlar etdirmək normaldır”.

Cəvahir

www.yenicag.az

1137
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv