!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gülzardan SƏRT İRAD: “Plastik əməliyyat etdirənlər..."

!Reklam – Yazi

“Aşırı plastik əməliyyatlar qadını eybəcərləşdirir”.

Bunu Akademik Opera və Balet Teatrının solisti, səhnəmizin ən gənc “Leyli”si Gülzar Fərəcova Yenicag.az-a açıqlamasında deyib.

Plastik və estetik əməliyyatlara normal baxdığını, lakin hədd aşıldıqda bunun mənfi fəsadlar yaratdığını bildirib:

“Plastik əməliyyatlara normal baxıram, amma əndazə aşılmamalıdır. Son vaxtlar hansısa bir məşhurun fotosunu həkimə aparıb, mən də eynən onun kimi olmaq istəyirəm deyilməsi ənənə halını alıb. Burnu, qaşı, gözü, hətta bədəni eyni etdirmək istəyirlər. Bu da yaxşı hal deyil. Hər kəsin özünə yaraşan burun, göz, qaş forması var. Bu da həmin əməliyyatların mənfi effektlə nəticələnməsinə gətirib çıxarır. Amma gözəlliyə gözəllik qatmaq naminə özünə yaraşan estetik əməliyyatlara pis baxmıram”.

Sənətçi son vaxtlar xanımların bir-birinə bənzədiyini, hətta bəzən onları ayırmağın mümkünsüzlüyünü də təəssüf hissi ilə deyib:

“Təəssüflər olsun ki, son vaxtlar xanımları bir-birindən ayırmaq mümkün deyil. Bilmirəm günah həkimlərdə, yoxsa bu əməliyyatı etdirənlərdədir. Bəlkə də hamısı eyni həkimin yanına gedir. Bəlkə də bu bir trenddir – balaca burun, iri dodaq, sərt çənə… İfaçı xanımlar arasında da bu hal çox yayılıb. Elə gündəlik həyatımızda da aşırı botoksdan istifadə edən xanımlara da rast gəlirik. O xanımlar özlərinə kənardan baxsalar, görərlər ki, nə qədər bayağı görünürlər.

Qadınlar bu əməliyyatlara gözəl və estetik görünmək üçün gedir. Amma unudurlar ki, hər şeyin abartısı qaş düzəltdiyin yerdə vurub gözü çıxarmaqdır”.

Hesab edirəm ki, yaxın zamanda təbii görünüş, sadəlik yenidən dəbə düşəcək. Çünki süni olan hər şey hər kəsi artıq yorur, bezdirir.

Cəvahir

www.yenicag.az

1060
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv