!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gümrahlıq içkisi”nin insan orqanizminə CİDDİ ZƏRƏRİ: “Acqarına və ya gün ərzində həddindən artıq...”

!Reklam – Yazi

“Genetik olaraq, bizim orqanizmimiz çox kofe içməyə uyğunlaşmayıb”.

Bu fikirləri həddindən artıq kofe içməyin insan orqanizminə zərərləri haqda danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, kofedən düzgün istifadə etmədikdə, bir çox mədə xəstəliklərinin yaranması və orqanizmin həmin maddə ilə zəhərlənməsi hallarının baş vermə riski artır:

“Kofenin insan orqanizminə faydaları ilə yanaşı, zərərli təsirləri də var. Ölkəmizdə kofe içmək son illərdə daha çox dəb halını alıb. Genetik olaraq, bizim orqanizmimiz çox kofe içməyə uyğunlaşmayıb. Amma buna baxmayaraq, əksər insanlar səhər acqarına və ya da gün ərzində həddindən artıq kofe içirlər.

Bu isə birmənalı şəkildə orqanizmə ziyandır. Hər gün 1-2 fincandan artıq kofe içmək olmaz. Ümumi gün ərzində 200 milliqramı keçməmək şərtilə kofe içmək lazımdır. Acqarına isə qətiyyən kofe içmək olmaz, çünki bu orqanizmin kofeinlə zəhərlənməsinə və qanda şəkər balansının pozulmasına gətirib çıxarır.

İnsanlar günə bu şəkildə kofe içməklə başlayan zaman az bir müddətdə özlərini enerjili hiss etsələr də, daha sonra gün ərzində yorğunluq özünü büruzə verir. Hətta yuxu sisteminin pozulması, diqqətsizlik və bu kimi başqa simptomlar özünü göstərir”.

Nuray Məmmədzadə

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv