!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Günay Hacıyevaya hücum çəkənlər arasında direktor müavini də olub

!Reklam – Yazi
“Rövşən Zamanovun pensiya yaşı tamam olduğu üçün iyunun 1-dən vəzifəsindən kənarlaşdırılıb. Onun 68 yaşı tamam olub”.
Yenicag.az xəbər verir ki, bu barədə Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Natavan Tağıyeva Göyçay rayon Uşaq Musiqi Məktəbinin yenicə təyin olunan direktoru Günay Hacıyevanın iş otağından qovulmasına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, Rövşən Zamanovun işdən əsassız olaraq azad edilməsi ilə bağlı deyilənlər doğru deyil:
“Günay Hacıyeva və bir neçə əməkdaş vakansiya yarandığı üçün həmin vəzifəyə namizədliyini irəli sürüb. İdarə onların arasından seçilən bir neçə namizədin təqdimat məktubunu Mədəniniyyət Nazirliyinə göndərib. Müəssisələrə yeni rəhbər təyin olunanda mütləq nazirlik ilə razılaşdırılmalıdır. Günay Hacıyeva avqustun 30-da Mədəniyyət Nazirliyində müsabiqədə iştirak edib və onun barəsində müsbət rəy verilib. Onun orta ixtisas təhsili olsa da, vahid tarix cədvəli var, orada göstərilib ki, həmin sahə üzrə 10 il işləyən şəxs dierktor ola bilər. Günay Hacıyevanın artıq 10 ilə yaxın iş stajı olduğu üçün bu vəzifəni icra etmək hüququ var”.
Natavan Tağıyeva Günay Hacıyevanın avqustin 31-də həmin kollektivə təyin olunduğunu xatırladıb:
“Görüş zamanı bir neçə müəllim ona uğurlar arzulayıb. Lakin sentyabrın 1-də Günay Hacıyeva səhər işə gələndə bir neçə müəllimə, başda tədris işləri üzrə direktor müavini Afət Məmmədova olmaqla Günay xanımı iş otağına buraxmayıb və ona qarşı zor tətbiq edilib. Hətta onu musiqi məktəbindən kənarlaşdırıblar. Bundan sonrakı sözü qanun deyəcək”.
Qeyd edək ki, Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb.

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv