!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günbəgün artan QƏZALAR: "Yollarımız yorğun, intensiv istismar edilən sürücülərlə doludur" - EKSPERT

!Reklam – Yazi

2021-ci ilin 9 ayı ərzində ölkə üzrə 1171 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 504 nəfər həlak olub, 1043 nəfər isə yaralanıb.

Yenicag.az xəbər verir ki, yol qəzalarının artmasının əsas səbəbləri ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov öz fikirlərini bölüşüb.

Ekspertə görə, rəsmi statistika üzrə hadisələri çeşidləyəndə belə mənzərə ortaya çıxır:

“Nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi nəticəsində 475 hadisə, əks istiqamətli hərəkət zolağına çıxma və ötmə qaydalarını pozma nəticəsində 360 hadisə, yolayrıclarını keçmə qayadalarını pozma fonunda 116 hadisə, nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsinə görə 14 hadisə, sükan arxasında yatma səbəbindən 9 hadisə baş verib.

Əslində, bunlar hadisələrin səbəbləri yox, törədilən qayda pozuntularıdır. Səbəbləri araşdıran olsa, daha maraqlı və faciəli mənzərə üzə çıxar.

Göründüyü kimi, rəsmi statistikada yenə də yol infrastrukturunda olan qüsurlar və yol hərəkəti təhlükəsizliyinin idarə edilməsindəki boşluqlar barədə məlumat yoxdur, çünki bu elementlər üzrə heç bir araşdırma aparılmır. Halbuki həmin çatışmazlıqlara səkisiz yollar, qaranlıq küçələr, dağılmış yollar, nişan çatışmazlığı, tənzimlənməyən yolayrıcları, sürücü hazırlığı və sürücü olma təcrübəsindəki qüsurlar, nəzarətdəki boşluqlar, iş və istirahət rejiminin pozulması və s. hallar daxildir.

Bütün hallarda statistikanın son elementi maraqlıdır. Belə məlum olur ki, yollarımızda baş verən cinayət sayılan yol-nəqliyyat hadisələrinin 0,77 %-i, yəni təxminən hər 130 hadisədən biri sürücünün sükan arxasında yatması nəticəsində baş verir. Deməli, yollarımız yorğun, intensiv istismar edilən sürücülərlə doludur”.

Gülşən Şərif

www.yenicag.az

789
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv