!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günel Gözəlovanın iddiası üzrə növbəti məhkəmə prosesi: Araz Bayramov iftira kampaniyasına başladı

!Reklam – Yazi

Bu gün Nərimanov rayon Məhkəməsində tanınmış telejurnalist-aparıcı Günel Gözəlovanın iddiası üzrə məhkəmə işinin növbəti baxış iclası keçirilib.

Yenicag.az xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi keçirilən prosesə cavabdeh uroloq-androloq  iclasa yenə gəlməyib, məhkəmədə onu vəkili təmsil edib.

İlkin baxış iclasında olduğu kimi bu dəfə də jurnalistlər məhkəmə zalına buraxılmayıb.

Məhkəmə iclasından sonra jurnalistlərə açıqlama verən Günel Gözəlova Araz Bayramovun vəkilinin işi fərqli yönə çəkməyə çalışdığını vurğulayıb.

Günel Gözəlova qeyd edib ki, Araz Bayramov sağlamlığını itirən Anar Gözəlovun əməliyyatdan öncə psixoloji problemləri olduğu iddiasını irəli sürüb. Telejurnalist Araz Bayramovun heç bir dəlil və sübut olmadan belə iftira kampaniyasına başlamasının onun haqlı olmamasından qaynaqlandığını bildirib.

Bundan əlavə, Araz Bayramovun əməliyyatın 6 saat çəkdiyini inkar etdiyini deyən Günel Gözəlova sözügedən şəxs tərəfindən əməliyyat videosunun gizlədildiyini söyləyib:

“Stasionar şöbə başdan-ayağa kameradır, sadəcə Araz Bayramov görüntüləri təqdim etmir. Yaxşı, əməliyyat videoya çəkilməyibsə, sual yarınır ki, niyə çəkməmisən. Amma bu, yalandır. Özü mənə demişdi ki, əməliyyat videoyazıya alınıb. Vəkil deyir ki, elə əməliyyatlar var ki, 10 saat çəkir. Başa düşmürəm, bu, ürək əməliyyatıdır ki? İndi də boynuna almır ki, əməliyyat altı saat çəkib. Ancaq bu altı saat ərzində nə baş verib, bilmirik. Qarşı tərəf də ortaya heç bir sübut qoya bilmir.

Təsəvvür edin, vəkil bir gün öncəyə qədər iş başında olan, ixtisasca maliyyəçi olan şəxslə bağlı daha öncə hansısa bir psixoloji pozuntusu olduğunu iddia edir. Mən də dedim ki, siz şər atırsınız, əsaslandırın bunu. Bundan sonra belə bir ifadə işlətmədiyində israr etdi. Məhkəmədə ancaq söz davası gedir”.

Məhkəmə prosesi ekspert rəylərinin alınması məqsədilə qeyri-müəyyən vaxta ertələnib.

Xatırladaq ki, G.Gözəlovanın həyat yoldaşı Anar Gözəlov səhhətində yaranan problemlərlə bağlı (kəskin böyrək ağrısı) Buta Klinikasında cərrah uroloq-androloq Araz Bayramova müraciət edib.

Adıçəkilən klinikada uroloq Araz Bayramovun təyinatı üzrə fevralın 6-da A.Gözəlovdan əməliyyat öncəsi sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri götürülüb. Fevralında 18-də A.Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi A.Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub.

Ailəsi bunu təkidlə desə də, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloqsa vəziyyətdən 1 sutka sonra xəbərdar olub. Belə ki, zərərçəkən əməliyyatdan sonra anlaqsız vəziyyətdə olub, nitqində çox ciddi qüsurlar müşahidə edilib, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə 5 aydır müalicə alır.

Aqil Bəkir

www.yenicag.az

971
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv