!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Günel: “Sənət qalıb qıraqda, soruşurlar ki, neçə dəfə ərdə olmusan?”

!Reklam – Yazi

“Verilişlərə gedəndə soruşurlar ki, neçə dəfə ərdə olmusan?”

Yenicag.az xəbər verir ki, bu, sözləri müğənni Günel Ələkbərova deyib.

Sənətçi bu gün musiqi cameəsində yaradıcılıqdan çox qalmaqalların diqqət mərkəzində olduğunu təəssüf hissi ilə vurğulayıb.

O, fəxri ad alması üçün zamanın artıq yetişdiyini də bildirib.

“İstəyərdim məni pişik Günel kimi yox, Xalq artisti Günel kimi təqdim etsinlər. 2003-cü ildən səhnədəyəm. Dəfələrlə London, Moskva və digər ölkələrdə Azərbaycan musiqisini təmsil etmişəm. Amma bu, heç kimə maraqlı olmayıb. Verilişlərə gedəndə soruşurlar ki, neçə dəfə ərdə olmusan? Qalmaqal insanlara daha maraqlıdır, nəinki müğənninin yaradıcılığı… İnsanlar qalmaqal tələb etdiyi üçün də aparıcılar da məcbur olub yarıdıcılıqla deyil, şəxsi həyatı ilə bağlı suallar verirlər. Düşünürəm ki, bu, mənim haqqımdır, əməkdar artist, xalq artisti adını alım. Əvvəlcə əməkdar artist adı verilir, sonra xalq artisti. Amma birbaşa xalq artisti adı verə bilərlər. Ümidlərim böyükdür”.

Sənətçi bu sözləri “Özəl Tube” verilişində deyib.

Cəvahir

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv