!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günəş kremi alarkən bunlara DİQQƏT EDİN - XƏBƏRDARLIQ

!Reklam – Yazi

Ultrabənövşəyi şüalardan qorunmaq üçün istifadə edilən günəş kremlərinin bədənə təsirləri ilə bağlı müxtəlif fikirlər var. Bu kremlər düzgün istifadə edilmədikdə bədənimizə xeyirdən çox zərər verə bilər.

Yenicag.az ulturabənövşəyi şüalardan qoruyan kremləri seçərkən nəzərə alınmalı olan amilləri təqdim edir:

1. Uşaqlar üçün günəş kremi seçərkən daha diqqətli olmalısınız. Azyaşlılara kimyəvi qatqısız kremlər tövsiyə olunur. Tərkibində oksibenzon və paraanomik turşu olan kremlərdən uzaq durmaq lazımdır.

2. Günəş kremini dərinizə hopdurmadan səthi olaraq sürməniz tövsiyə edilir. Çünki onu dəriyə yedirəndə qoruyucu təsiri azalır.

3. Gündüz vaxtı kremin 2 saatdan bir yenilənməsi sağlamlığınız üçün diqqət etməli olduğunuz əsas şərtlərdən biridir. Dənizdə və ya gün şüaları düşən digər yerlərdə çox vaxt keçirdiyiniz zaman 2 saat təsiretmə gücü olan kremləri saatda 1 dəfə də olsa yenidən istifadə edə bilərsiz. Çünki UV şüaları dəridə qırışın yaranma tezliyini artırır.

4. Suya davamlı günəş kremləri almağa üstünlük verin. Bununla bağlı məlumatı bəzi qoruyucu kremlərin üzərində görə bilərsiniz.

Sadiq Cavadov

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv