!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Güney Azərbaycan məsələsinin beynəlxalq gündəmdə yer tutması ilk növbədə soydaşlarımızın...” – Millət vəkili

!Reklam – Yazi

“Oradakı soydaşlarımız daha yüksək səviyyədə təşkilatlanmalı və üzləşdikləri pozuntularla bağlı beynəlxalq ictimaiyyəti müntəzəm məlumatlandırmalıdırlar”.

Bu fikirləri Güney Azərbaycanda milli hərəkatın beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirilməsi yolları haqda danışan Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin fikrincə, bu məsələdə əsas iş güneyli fəallarımızın öz mübarizələrində ardıcıl və məqsədyönlü olmalarından keçir:

“Son proseslər bir daha ən açıq şəkildə göstərdi ki, İran hakimiyyəti dəyişməli və ölkədə ciddi islahatlar aparılmalıdır. Çünki bu ölkədə insanların vətəndaş və milli hüquqları pozulur, İran rejimi birbaşa insanlığa qarşı fəaliyyət göstərir. Son olaraq, qızları məktəblərdə qazla zəhərləmək insanlığa sığmayan hərəkətdir.

Oradakı azərbaycanlılar birləşərək öz mübarizələrini davam etdirirlər və onların hüquqlarının kobud şəkildə pozulması halları dünyaya çatdırılmalıdır. Amma bu məsələdə əsas iş onların üzərinə düşür.

Yəni oradakı soydaşlarımız daha yüksək səviyyədə təşkilatlanmalı və üzləşdikləri pozuntularla bağlı beynəlxalq ictimaiyyəti müntəzəm məlumatlandırmalıdırlar. Bu səs ilk növbədə oradan gəlməlidir. Biz isə davamlı şəkildə onlara mənəvi dəstək verə bilərik”.

A.Zeynalov

www.yenicag.az

484
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv