!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güney Azərbaycanda milli hərəkatın PERSPEKTİVİ: “Daxildəki satqınların sıradan çıxarılması...” – MÖVQE

!Reklam – Yazi

“Ötən əsrdə İranda baş vermiş bütün dəyişikliklərin, inqilabların nüvəsi Güney Azərbaycan olub”.

Bu fikirləri Güney Azərbaycanda yenidən vüsət alan milli hərəkatın məqsədyönlü şəkildə genişlənməsinin vacibliyini vurğulayan keçmiş təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Güneydə ötən əsrdə baş verən hərəkatların aqibətindən dərs çıxarılmalıdır:

“Əlbəttə, Güney Azərbaycanda cərəyan edən prosesləri diqqət və həssaslıqla izləyirik. Soydaşlarımızın yaranmış şəraitdə milli hərəkatı yenidən və daha qətiyyətlə, düşünülmüş şəkildə fəallaşdırmaları təqdir olunur. Eyni zamanda milli fəalımız Abbas Lisaninin həbsdən çıxması da bu hərəkata yeni təkan verəcək.

Nəzərə almalıyıq ki, bu hərəkatın potensialı çox böyükdür. Ümumiyyətlə, ötən əsrdə İranda baş vermiş bütün dəyişikliklərin, inqilabların nüvəsi Güney Azərbaycan olub. İndi də o ölkədə baş verənlərin məntiqi sonluğunu oradakı soydaşlarımız gətirəcəklər.

Ancaq burada bir neçə mühüm məqam da var. Onlardan biri və ən əsası budur ki, ilk növbədə daxildəki satqınların sıradan çıxarılması çox vacibdir. Əks halda, hərəkatı daxildən parçalamaq və uğursuzluğa sürükləmək riski artacaq.

Digər məqam isə böyük dövlətlərin İranda baş verən prosesi öz maraqlarına uyğun məcraya yönəltmək planlarıdır. O baxımdan, Güneydəki soydaşlarımız ötən əsrdə baş verən hərəkatların aqibətindən dərs çıxarmalı və mübarizəni uğurla yekunlaşdırmağı bacarmalıdırlar”.

A.Zeynalov

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv