!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günü-gündən artan DƏLƏDUZLUQ: Onlayn fırıldaqçıqla bağlı banklardan XƏBƏRDARLIQ

!Reklam – Yazi

2022-ci ildə dünya banklarında onlayn dələduzluq artıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, fırıldaqların 77 faizi sosial media və digər onlayn platformalarda baş verib.

Bəzi banklar “WhatsApp” və “Facebook” kimi “Meta”ya məxsus platformalarda “fırıldaqçılıqda böyük sıçrayışların” olduğunu söyləyir.

“NatWest” onlayn bank xidmətinin keçmiş icraçı direktoru Alison Rose 2022-ci ildə Böyük Britaniyada üç milyon insanın onlayn bank fırıldağının qurbanı olduğunu deyib:

“Bank fırıldaqçılığında 87 faiz artım müşahidə olunur. Aldatmaların 60 faizi sosial media və texnologiya platformalarının payına düşür”.

Bir çox bankların verdiyi hesabata görə, 2022-ci ilin birinci yarısında fırıldaqlar nəticəsində itirilən ümumi məbləğin 56 faizi müştərilərə qaytarılıb.

Mütəxəssislər müştərilərin belə hallarla üzləşməməsi üçün müvafiq qurumların təcili olaraq sosial media və digər onlayn platformalarıını tənzimləməli olduğunu bildiriblər.

Sadiq Cavadov

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv