!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günü-gündən artan KİBER HÜCUMLAR: "Vətəndaşlar bunlara nəzarət etməlidir ki..." - EKSPERTDƏN ÇAĞIRIŞ

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, 101 dövlət qulluqçusu haker qurbanına çevrilib. Həmçinin tez-tez sosial şəbəkələrdə də kiber hücumlara məruz qalan sıravi vətəndaşlara rast gəlinir.

Bəs bunun səbəbi nədir? Kiber hücumların sayı niyə bu qədər artıb?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən İKT eksperti Fərid Kazımov bildirib ki, “kibergigiyena”ya kifayət qədər riayət edilmir:

“Müəyyən baza qaydalar var. İnsanlar elə bilir ki, internetdə hər şey etmək olar, amma elə deyil. Məlumatları ötürmək olmaz. Həmçinin daha çətin şifrələrdən istifadə etmək lazımdır. Əgər kimsə sizə bir link, ya da fayl atırsa, o açılmamalıdır. Məsələn, şəkil göndərilir, amma əslində, virusdur.

Bir müddət əvvəl “Facebook”da ciddi problem yaranmışdı. Müxtəlif qruplar var idi. Parollar oğurlanırdı. Bundan başqa, adətən insanlar onlayn reklamlara aldanır, reklamın olduğu sayta daxil olduqda avtomatik xaker hücumuna məruz qalır. Nə qədər də kiber təhlükəsizliklə bağlı tədbirlər alınsa da, xakerlər o yolları dəf etmək üçün əlindən gələni edir.

Yəni bu problem həmişə davam edəcək. Həmçinin kartdan karta pul göndərərkən belə xaker hücumuna məruz qalmaq mümkündür. Vətəndaşlar diqqətli olmalıdır”.

Şahanə Paşa

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv