!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günümüzün BƏLASI: Narkotikin təsiri altında olan sürücülərlə necə mübarizə aparmalı? - AÇIQLAMA

!Reklam – Yazi

Son dövrlərdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən çox sayda şəxs saxlanılıb. Onlardan bəziləri adi vətəndaş, bəziləri də taksi sürücüləridir. İnsanlar bundan çox narahatdır. Onlar düşünür ki, narkotikin təsiri altında olan sürücü sərnişininə hansısa zərər verə və ya qəza törədə bilər. 

Bəs bu cür insidentlərin qarşısını necə almaq olar? Hansı qaydalar tətbiq oluna bilər?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, son dövrlərdə bu problem çox təkrarlanır:

“Məsələn, ola bilər ki, qəza baş verməsin, ölüm, xısarət olmasın. Amma yenə təhlükələr var. Həmin sürücü sizə hədə-qorxu gələ, quldurluq edə bilər. Bu məsələni sonlandırmaq qeyri-mümkündür. Lakin bir nəticəyə gəlmək olar. DYP tərəfindən tez-tez reydlər keçirilir. Sosial şəbəkələrdə və mediada məlumatlar paylaşılır. Ancaq kifayət qədər nəticə yoxdur. Çünki problem kökündən həll olunmalıdır.

Narkotiklərlə mübarizəni gücləndirmək, gənclərlə mütəmadi olaraq söhbət aparılmalıdır. Reabilitasiya mərkəzlərinin sayını artırmaq lazımdır. Müalicə preperatlarının qiyməti endirilməlidir. Mübarizə güclənməlidir və insanlar ayıq olmalıdır”.

Şahanə Paşa

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv