!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günümüzün EŞQ BƏLASI: Partnyorlar niyə bir-birini alçaldır? - AÇIQLAMA

!Reklam – Yazi

Günümüzdə sevgi münasibətlərinin arxasında ciddi problemlər dayanır. Aydın məsələdir ki, hər kəsin evliliyi və yaxud sevgililik ərəfəsi ideal keçmir. Hər insanın fərqli xarakteri olduğunu nəzərə alsaq, dava-dalaşların yaranması normaldır. Amma son dövrlərdə cütlüklər arasında yayılan “lovebombing” (Sevgi “bombardman”ı bir insanı diqqət və məhəbbət nümayişi ilə heyran etmək cəhdidir. Adətən sui- istifadə və manipulyasiya məqsədilə edilir – red) simptomları münasibəti uçuruma aparır.

Bəs dövrümüzün eşq münasibətlərində hansı gizli qalmış problemlər var? Partnyorlar niyə özünü digərindən üstün görür?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən psixoloq Vəfa Əkbər bildirib ki, insanlar bir-birini qüsurlu hesab edir:

“Əgər bir insan emosional olaraq əziyyət çəkirsə və keyfiyyəti görünüş üzərindən qəbul edirsə, o zaman  qarşısındakı insanın da o meyarlara uymağını istəyir. Qarşısındakı insan da o standartlara uyğun deyilsə, başlayır onu kiçik görməyə və alçaltmağa. Əgər partnyor ona bu cür davranılmasına etiraz etmirsə, bu münasibət “toxic” (zəhərli – red) adlanır. Tərəflərdən biri eqosunu tətmin edir, digəri də kompleks yaşayır. Daha sonra isə ara korlanır və ayrılıq yaranır”.

V. Əkbər münasibətlərdə belə problemlərin aradan qaldırılması yollarını da izah edib:

“Əslində, bu problemi yaşayan və yaşadan insanların sağlam psixologiyası yoxdur. Yetkin və normal zehniyyətə malik olan insan belə addımlara yol vermir. Qarşısındakını manipulyasiya edən, görünüşü üzərindən əzən insanların ailəsinə baxsaq, görərik ki, problem oradan qaynaqlanır. Belə ki, əgər uşaqlıqda ailəniz sizi digərləri ilə müqayisə edibsə və qüsurlarınızı üzünüzə vurubsa, böyüdükcə sizdə travma yaranır.

Bu gün hər kəs istənilən informasiyanı sərbəst şəkildə əldə edə bilər. Düzgün və sağlam bünovrə yaratmaq üçün əvvəlcədən məlumatlı olsaq, daha yaxşı olar. Manipulyasiyaya məruz qalan insanlar ilk növbədə bunun qarşısını almağa çalışmalıdır. Əgər bacarmırsa, peşəkar psixoloqa müraciət etməlidir”.

Şahanə Paşa

www.yenicag.az

856
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv