!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gürcü arzusu”na “QARA SÜRPRİZ”: “Saakaşvili də həbsxanadan prezidentə dəstək verirsə...” – ŞƏRH

!Reklam – Yazi

“Gürcüstanın Qərbyönümlü müxalifəti prezidentin timsalında ciddi müttəfiq qazanmaqdadır”.

Bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvilinin ölkə hökumətinə yönəlik tənqidi mövqeyinin müxalifət tərəfindən dəstəklənməsini şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstanın Qərbyönümlü müxalifəti ilə Prezidentin ortaq mövqeyi hökuməti çətin vəziyyətə sala bilər:

“Əslində, Zurabişvilinin ölkəni təcrid vəziyyətinə salması ittihamı ilə hökuməti hədəfə alması ilk baxışda təəccüblü görünə bilərdi. Çünki Zurabişvili prezident seçkilərində hakim “Gürcü arzusu” koalisiyasının namizədi idi və hökumət tərəfindən dəstəklənirdi.

Bununla belə, Zurabişvilinin şəxsi və siyasi bioqrafiyasına nəzər saldıqda, onun bu addımını təbii qiymətləndirmək olar. Hər halda, Fransada yaşamış xanım prezidentin Qərb dəyərlərindən uzaqlaşdığını düşünmək doğru olmazdı.

Bildiyiniz kimi, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Gürcüstan hökuməti Qərblə münasibətləri kəskinləşdirən davranış sərgiləməkdədir. Belə olduqda, hökumətlə prezident arasında kəskin fikir ayrılığının yaranması gözlənilən idi.

Digər tərəfdən, eks-prezident Mixeil Saakaşvilinin həbsxanadan Zurabişviliyə dəstək verməsi də ciddi məqamdır. Bu onu göstərir ki, Gürcüstanın Qərbyönümlü müxalifəti prezidentin timsalında ciddi müttəfiq qazanmaqdadır. Ona görə də qarşıdakı dönəmdə “Gürcü arzusu” hökuməti üçün problemlərin dərinləşəcəyini proqnozlaşdırmaq olar”.

A.Zeynalov
Naiq

www.yenicag.az

2148
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv